Hurriyyet.org xəbər verir ki, ABŞ Konqresi yeni büdcə layihəsində yeni tipli koronavirusla mübarizədə iqtisadiyyata 900 milyard dollarlıq dəstək paketi ayrılmasını qərara alıb. Layihə ABŞ Nümayəndələr Palatası və Senatında qəbul edildikdən sonra ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanıb.
İqtisadi dəstək paketində ABŞ vətəndaşlarına 600 dollar həcmində ödəniş, kiçik müəssisələrə 300 milyard dollar həcmində yardım ( o cümlədən, kirayə yardımı üçün 25 milyard dollar həcmində dəstək) və işsizlik üçün həftəlik mavinətlərin 300 dollar artırılması nəzərdə tutulur.