ABŞ-da Kovid-19-a yoluxanların sayı 1 milyon nəfəri ötdü

30

Hurriyyet.org xəbər verir ki, yeni tipli koronavirus infekiyasının yayılması sayına görə dünyada birinci yerdə olan ABŞ-da yoluxma sayı 1 milyonu ötüb. Amerika Birləşmiş Ştatlarında 1 010 604 yoluxma,  56 821 ölüm, 139 418    sağalma halı qeydə alınıb. Hazırda ölkədə 814 365 nəfər aktiv xəstə var.

Son dəqiqəyə olan koronavirus statistikasına görə, indiyə qədər dünyada ümumilikdə  3 085 128 yoluxma,  212 546 ölüm,  934 807 sağalma halı qeydə alınıb, 1 937 775 nəfər aktiv xəstə var.

Hurriyyet.org