ABŞ-da kilsədə silahlı insident

216

ABŞ-ın Uaynona şəhərində (Texas ştatı) yerləşən kilsədə silahlı insident olub.

Virtualaz.org bildirir ki, bu barədə ABC telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, səhər saatlarında kilsəyə gələn keşiş orada gizlənən naməlum şəxslə mübahisə edib, sonra mübahisə əlbəyaxa davaya keçib və nəticədə o, odlu silahla öldürülüb. Telekanal bildirir ki, həmin naməlum şəxs keşişi elə onun əlindən aldığı odlu silahla güllələyib. Rəsmi orqanlar azı iki nəfərin də yaralandığını deyiblər.

Yerli polis idarəsinin nümayəndəsi bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.