ABŞ-da inanılmaz hadisə – ölmüş adam seçkilərdə qələbə qazandı!

54

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın Şimali Dakota ştatında ötən ay yeni tipli koronavirus xəstəliyindən vəfat eləmiş respublikaçı namizəd David Andahl Ştat Məclisinin üzvü seçilib. O, 8-ci dairədə səslərin təqribən 35 faizini toplayaraq qalıb olub.

Andahl seçki kampaniyası zamanı Kovid-19-a yoluxaraq ötən ay dünyasını dəyişib.

Namizədin ölümü poçt yolu ilə səsvermə prosesi başlandıqdan sonra baş verdiyi üçün adı seçki siyahısından çıxarılmayıb.

Ştatın qanunlarına görə, seçicilər yenidən xüsusi seçki tələb eləməsələr, Respublikaçılar Partiyasının Ştat Komitəsi ölmüş namizədin yerinə başqa bir məclis üzvü seçə bilər.

Şimali Dakota ştatı son dövrdə Kovid-19 epidemiyasından ən çox zərər çəkən ştatlar arasındadır.  762 min əhalisi olan ştatda noyabr ayının əvvəlində 8 440 yeni yoluxma halı qeydə alınıb.