ABŞ-da iğtişaşların arxasında hansı qüvvənin durduğu bəlli oldu

195

Eray Güçlüer: “Bəslə terroru, oysun gözünü”

“ABŞ İNDİ ÖZÜNÜN YARATDIĞI CAVNAVARLA MÜBARİZƏ ELƏMƏK MƏCBURİYYƏTİNDƏDİR”

“Terror bumeranq kimidir, bir gün onu var edənləri də vurur”

“İndiyə qədər Yaxın Şərqdə üsyanların baş verməsini, şimaldakı ölkələrdə məxməri inqilabların olmasını təmin edən sosial şəbəkələr ABŞ-dakı hadisələrin də baş aktyorudur”

Hurriyyet.org xəbər verir ki, Türkiyənin “Aksam.com.tr” saytında sosiologiya elmləri doktoru, analitik Eray Güçlüerin “Bəslə terroru, oysun gözünü” adlı məqaləsi dərc edilib. Məqalədə Donald Trampın hazırda ABŞ-dakı iğtişaşların arxasında durmaqda ittiham elədiyi və son günlərdə rəsmən terror təşkilatı kimi tanıdığı ANTİFA təşkilatından bəhs edilir:

“1923-cü ildə Almaniyada antisemitizmə qarşı ortaya çıxan marksist mənşəli məktəblərdən biri də ANTIFA deyilən ideoloji hərəkatdır. Daha sonra ABŞ-da və dünyanın müxtəlif yerlərində tərəfdarlar toplamış bu ideologiya bütün radikal sol terror hərəkatlarının bir parçasına çevrilib.

Ən son zamanlarda Suriya və İraqda  PYD/PKK terror təşkilatının daxilində batalyonla təmsil edilən ANTIFA, ABŞ tərəfindən uzun illərdən bəri dəstəklənməkdədir. Məsələn, 2017-ci ilin may ayında ABŞ prezidenti Donald Trampın imzaladığı, qeyri-dövlət silahlı qruplaşmalara yardım edilməsini nəzərdə tutan 1209 saylı qərar ilə PYD/PKK-yə o tarixdən bəri rəsmi və qeyri-rəsmi şəkildə silah-sursat verilir.

Xüsusilə Suriyada bu silah-sursatın bir qismi ANTİFA-ya verilir. Həmin ANTİFA Mineapolis ştatındakı hadisələri mütəşəkkil şəkildə başladan və ABŞ-ın bir çox digər ştatlarına yayılmasını təmin edən qrup olaraq səhnəyə çıxır.

ABŞ İNDİ ÖZÜNÜN YARATDIĞI CAVNAVARLA MÜBARİZƏ ELƏMƏK MƏCBURİYYƏTİNDƏDİR. Nəhayət ki, ABŞ iqtidarı ANTİFA-nı terror təşkilatları siyahısına daxil elədi. “Terror bumeranq kimidir, bir gün onu var edənləri də vurur” sözünün gerçəkləşdiyini görürük.

ABŞ-dakı bu hadisələr zamanı maraqlı bir vəziyyət də ortaya çıxdı. Ağ Ev sosial medianı və xüsusilə də “Tvitter”i nəzarət altına alacaq bir sıra tədbirləri həyata keçirməyə başlayıb.

İndiyə qədər Yaxın Şərqdə üsyanların baş verməsini, şimaldakı ölkələrdə məxməri inqilabların olmasını təmin edən sosial media vasitələri ABŞ-dakı hadisələrin də baş aktyorudur. Bu çərçivədə ABŞ-dakı irqçi zorakılıq hadisəlrin arxa planında qlobalçılarla-millətçilərin savaşını görmək lazımdır.

Nəticəsinin necə olacağını indidən bilməsək də, hadisələr bizə ABŞ-ın əslində tamamilə amerikalılar tərəfindən idarə olunmadığını göstərməsi baxımından çox mühümdür”.

Hurriyyet.org