ABŞ-da helikopter qəzası baş verib, ölənlər var

294

ABŞ-da şəxsi “Robinson R44” helikopterinin qəzaya uğraması nəticəsində 2 nəfər həlak olub.

Bu barədə “Report” ABC telekanalına istinadən xəbər verir.

Məlumata görə, hadisə Texas ştatında qeydə alınıb. Helikopter Kolorado-Siti şəhərindən 13 kilometr cənub-qərbə düşüb.

Qəzanın başvermə səbəbi açıqlanmır.

ABŞ-ın Federal Aviasiya İdarəsi Nəqliyyatda Təhlükəsizlik İdarəsi ilə birlikdə insidentin təhqiqatını aparır.