ABŞ-da hərbi bazada ATIŞMA – Ölən və yaralanan var

123

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın Florida ştatında yerləşən Herlbert-Fild Hərbi Hava Bazasında baş vermiş atışma nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.

Bu barədə açıqlamanı baza rəhbərliyi öz “Feysbuk” səhifəsində verib. Aviabazanın xüsusi əməliyyatlar üzrə 1-ci aviaqanadının komandiri Coselin Şermerhorn yazıb: “Bu gün bizim bazamızda silahlı daxili iğtişaş baş verib, nəticədə bir nəfər həlak olub, bir nəfər yaralanıb. Bu mənasız faciədən zərər çəkənlərin hamısına başsağlığı diləyirəm”.

Zərərçəkən xəstəxanaya yerləşdirilib. İstintaq aparılır.

Hurriyyet.org