ABŞ-da gündəlik ən çox yoluxma qeydə alındı

507

ABŞ-da ötən 24 saat ərzində 231 775 nəfər koronavirusa yoluxub.

“Report” xəbər verir ki, bu barədə Cons Hokins Universitetinin məlumatında bildirilir. Bu, indiyədək qeydə alınmış ən yüksək gündəlik yoluxma sayıdır. Əvvəlki rekord dekabrın 5-də 227 mindən çox yoluxma olub.

Həmçinin son 24 saat ərzində ölkədə 3 309 nəfər koronavirus xəstəsi dünyasını dəyişib.