ABŞ-da gecikmiş ədalət! 37 il həbs cəzası çəkmiş məhkumun günahsız olduğu DNT testi vasitəsilə aşkara çıxdı

93

Hurriyyet.org xəbər verir ki, ABŞ-ı Florida ştatında 37 il həbs cəzası çəkmiş məhkumun günahsız olduğu DNT testi vasitəsilə aşkara çıxıb.

Hillsburq prokuroru Endrü Varren mətbuata açıqlamasında DNT testlərinin 1983-cü ildə 19 yaşındakı Barbara Qramsa təcavüz və qətl iddiaları ilə ittiham olunan Robert  Duboysun günahsız olduğunu aşkara çıxardığını bəyan edib.

Varren “faciəvi hadisə” adlandırdığı hadisədən danışarkən deyib: “Lakin həqiqət belədir və doğrunu söylədiyimiz zaman haqq yerini tapmış olur”.

Prokuror Varren “Günhsızlıq layihəsi” çərçivəsində 11 ay davam eləmiş iş nəticəsində həqiqətin aşkara çıxdığını söyləyib. O, öz “Tvitter” hesabında yazıb: “2016-cı ildə şübhəli hökmləri araşdırmaq üçün Məsumluq Araşdırması İttifaqı yaradacağıma söz vermişdim. Bu gün törətmədiyi bir cinayət üçün 37 il həbsdə qalmış bir adamın təmizə çıxarılması prosesinə başladıq və həqiqi qatilin izinə düşmüşük”.

Robert Duboysun hazırda 55 yaşı var.