ABŞ-da etirazçılar polis idarəsini yandırdı – FOTOLAR

48

ABŞ-da fırıldaqçılıqda ittiham olunan Corc Floyd adlı qaradərili vətəndaşın polis tərəfindən boğularaq öldürülməsindən sonra Minneapolis ştatında başlayan etirazlar davam edir.
Hurriyyet.org azvision.az-a istinadən xəbər verir ki, etirazların üçüncü günündə aksiyaçılar polis idarəsinə daxil olaraq, orada yanğın törədiblər.
Polis isə aksiya iştirakçılarını gözyaşardıcı qaz və rezin güllələrlə ərazidən uzaqlaşdıra bilib.Qeyd edək ki, Minnepolis ştatında fırıldaqçılıqda şübhəli bilinən Corc Floyd adlı şəxs polis tərəfindən öldürülüb. Belə ki, polis dizi ilə onun boynunu sıxıb. Bu zaman həmin şəxs dəfələrlə nəfəs ala bilmədiyini söyləsə də, polis buna məhəl qoymayıb. Bir müddət sonra Corc Floyd huşsuz vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Polis onun xəstəlikdən öldüyünü açıqlasa da, videodan görünür ki, şübhəli asayiş keşikçisinin tətbiq etdiyi zorakılıqdan həyatını itirib.