ABŞ-da aviadispetçerlərə Qasım Süleymani təhdidi

237

Nyu-York şəhərinin aviadispetçerləri İran generalı Qasım Süleymaninin qisasının alınmasına dair terror aktı ilə hədələyən audioyazı alıblar.

Virtualaz.org bildirir ki, bu barədə “CBS News” telekanalı məlumat yayıb. Belə ki? naməlum şəxslər aviadispetçerlərin dalğasına daxil olaraq bu audioyazını göndəriblər.

“Çərşənbə günü təyyarəni Kapitoliyə doğru yönəldəcəyik. Süleymaninin qisası alınacaq”, – audioyazıda deyilir.

ABŞ hakimiyyət orqanları təhdidi real saymasalar da, araşdırmaya başlayıblar. FTB öz növbəsində xəbəri şərh etməkdən imtina edib, ancaq ictimai təhlükəsizliyə təhdid yaradan bütün təhlükələrə qarşı çox ciddi yanaşdıqlarını açıqlayıblar.

Mənbənin bildirdiyinə görə, təhdidin yönəldiyi gün təsadüfi seçilməyib. Çərşənbə günü Konqres prezident seçkilərinin nəticəsini təsdiq etməlidir.