ABŞ-da ard-arda qəzalar – F-35 YERƏ DÜŞDÜ

33

Hurriyyet.org xəbər verir ki, ABŞ Hava Qüvvələrinə məxsus F-35A tipli hərbi təyyarənin Florida ştatında qəzaya uğradığı bildirilir.

Floridada yerləşən Eqlin Hava Qüvvələri Bazasından verilən açıqlamada F-35 təyyarəsinin yerli saatla 21:30 radələrində enmək üzrə olduğu zaman qəzaya uğradığı bildirilir. Pilot sağ qalıb, qəza ilə bağlı təhqiqat aparılır.

Ötən həftə də həmin bazadan havaya qalxmış F-22 Raptor tipli hərbi təyyarə havaya qalxdıqdan bir müddət sonra qəzaya uğramışdı.

ABŞ Hava Qüvvələrinin ən bahalı təyyarələrinin eyni bazada qısa fasilələrlə qəzaya uğraması diqqəti cəlb edib.

Hurriyyet.org