ABŞ Çinin texnologiya nəhənginə qarşı saha sərt addımlar atmaqdadır

36

Hurriyyet.org xəbər verir ki, ABŞ Çinin texnologiya nəhəngi olan Huavey (Huawei) şirkətinə qarşı yeni məhdudiyyətlər bu şirkətə məhsul satan firmalara da təsir edəcəkdir.

ABŞ hökuməti Huavey şirkətinin ABŞ texnologiyası və proqramlarının istifadə edildiyi çipləri almasını qadağan edəcəyini bəyan edib.

ABŞ xarici işlər naziri Mayk Pompeo ABŞ Ticarət Nazirliyinin qərarı ilə bağlı yazılı açıqlama verib.

2019-cu ilin may ayında Haveyin Ticarət Nazirliyi tərəfində iqtisadi qara siyahıya salındığını vurğulayan Pompeo şirkətin istehsalda ehtiyacı olan, ABŞ proqramı və texnologiyasına əsaslanan çipləri satın almağa davam eləməklə ABŞ qanunlarından yan keçdiyini bildirib. Pompeo deyib: “Çin Kommunist Partiyasının vətəndaşlarımızın özəlini və dünya miqyasında yeni nəsil şəbəkələrin bütövlüyünü baltalama səylərinin baş tutmasına imkan verməyəcəyik”.

Pompeo Huaveyini həm də ABŞ texnologiyasını oğurlamaqda və İranın sanksiyaları pozmasına kömək eləməkdə ittiham edib, şirkətin Çin hökuməti üçün  çalışdığını bildirib. Pompeo deyib: “Huaveyin ABŞ-ın ixracat qanunlarındakı boşluqlardan faydalanmasını əngəlləyən yeni qərar həm də ABŞ texnologiyası və proqramlarından istifadə edərək istehsal elədiyi çipləri Haveyə satan xarici firmalara da qarşı sərt ixracat məhdudiyyətləri tətbiq edəcəkdir. ABŞ texnologiyası ilə istehsal edilən məhsulları Huaveyə satmaq istəyən firmalar artıq ABŞ-dan lisenziya almağa məcburdurlar”.

ABŞ hakimiyyəti həmçinin, Huavey şirkətinin 5G şəbəkəsindən kənarlaşdırılmasına çalışır.

Hurriyyet.org