ABŞ Çin şirkətlərinə sanksiya TƏTBİQ ETDİ

387

ABŞ Pekinin insan haqlarını kobud şəkildə pozması və Cənubi Çin və Şərqi Çin dənizlərində fəaliyyətinin genişləndirməsi səbəbindən Çinin və digər ölkələrin 77 şirkətinə sanksiya tətbiq edib.

Bu barədə ABŞ administrasiyasının yüksək rütbəli məmuru jurnalistlərə açıqlamasında deyib.

Adı açıqlanmayan amerikalı rəsmi bildirib ki, bu şirkətlərdən 60-ı Çinə məxsusdur:

“Həmçinin Çin xaricində 17 şirkət də var ki, bunlar da müxtəlif səbəblərdən siyahıya salınıb”. \\Qazet.az