ABŞ Braziliya üçün qapılarını bağladı – SƏBƏB

33

ABŞ koronavirusun ən çox yayıldığı Braziliyaya öz qapılarını bağlayıb.

Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, bu barədə Ağ Ev sözçüsü Kayli Makenani yazılı bəyanat yayıb. Makenani bildirib: “Prezident bu gün ölkəmizi qorumaq üçün Braziliyadan gələn insanların ABŞ-a girişini qadağan edən addım atıb”.
Makenanı bəyanatda Braziliyada koronavirusa yoluxma sayının 310 mini keçdiyini və bu sayın dünyadakı digər ölkələrlə müqayisədə çox olduğunu vurğulayıb. Ağ Ev sözçüsü həmçinin qeyd edib ki, braziliyalıların ölkəyə girişi dayandırılsa da, ticarət əlaqələri davam edəcək.

Qeyd edək ki, Braziliyada virusa yoluxanların sayı son olaraq 365 min 213 nəfər olub. Bu sayla Braziliya Rusiyanı da geridə qoyaraq, ABŞ-dan sonra ikinci sırada dayanıb. Viursdan ölənlərin sayı da hər gün daha çox artmaqdadır. Bu günə qədər ölkədə 22 min 746 nəfər koronavirusdan ölüb.