ABŞ bombardmançıları İran ətrafında – Tramp Baydenə “mina” hazırlayır

201

Ağ Ev rəhbəri gedişi öncəsi İrana yaxın ərazilərə “B-52H” bombardmançı təyyarələr göndərib; Xamenei ümidsizdir, Tehranla əlaqələri düzəltmək istəyən Baydeni nə gözləyir? – rəylər

ABŞ noyabrın 21-də Yaxın Şərqə “B-52H” strateji bombardmançı təyyarələr göndərib. “Yeni Müsavat”ın verdiyi xəbərə görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığından bildirilib.

Şimali Dakotada ştatındakı Mayno hərbi hava qüvvələri bazasında yerləşən beşinci eskadrilyanın B-52H Stratofortress ekipajları təcavüzkarlığı dayandırmaq, həmçinin ABŞ-ın tərəfdaşlarına və müttəfiqlərinə dəstəyini təsdiqləmək üçün noyabrın 21-də operativ şəkildə Yaxın Şərqə uçuş həyata keçiriblər.

Komandanlıqdan bildirilib ki, uçuş fasiləsiz həyata keçirilib və ABŞ Hərbi Hava Qüvvələrinin öz qüvvələrini dünyanın hər hansı bir yerində sürətli bir şəkildə yerləşdirmə və əməliyyatların gedişatına inteqrasiya etmə qabiliyyətini nümayiş etdirmək məqsədi daşıyıb.

Amma bombardmançı təyyarələrin göndərilməsindən hasil olan nəticə ondan ibarətdir ki, ABŞ prezidenti Donald Tramp gedişi ərəfəsində ortalığa bir “bomba” atmaq fikrindədir.

Seçkidə Co Baydenə məğlub olan və səlahiyyətlərini dekabrdan sonra təhvil-təslim edəcək Tramp gethagetdə Yaxın Şərqə bombardmançıları yığmaqla İranı təhdid etməkdədir.

Birləşmiş Ştatların nəzarətində olan ölkələrə bu hərbi hava qüvvələrinin cəmləşməsinin Tehrana bir eyham olduğu ehtimal edilir. Baydendən fərqli olaraq, Tramp İrana münasibətdə daha kəskin siyasət tərəfdarıdır.

Bayden son açıqlamalarında İrana loyal mövqe sərgiləməkdədir. O, Tehranla əlaqələri qaydasına salmağın tərəfdarı olduğunu gizlətmir.

ABŞ-ın yeni prezidenti İrandan daha çox Rusiyaya aqressiv münasibət göstərməkdədir. Bəzi təhlilçilər Putin üçün çətin günlərin başladığını proqnozlaşdırırlar.

Trump and Biden may be 'super-agers,' study says - Los Angeles Times

Ekspertlər hesab edirlər ki, Tramp Bayden üçün əməlli-başlı İran problemi qoyub getmək fikrində ola bilər.

ABŞ prezidentinin bu siyasəti təsirsiz ötüşmür demək də olmaz. İrandan ən yüksək səviyyədə gələcək əlaqələrə dair mövqe bildirilib.

İranın Ali lideri Əli Xamenei deyib ki, ABŞ-da hakimiyyət dəyişikliyinə baxmayaraq, Tehranla Vaşinqton arasındakı danışıqlar prosesində perspektiv yoxdur.

“Biz bir dəfə sanksiyaların ləğvi yoluna çıxmağa cəhd etmişik, amma bu heç nəyə gətirib çıxarmayıb. Tehrana aydın deyil ki, niyə ABŞ hökuməti bu cür siyasət aparır”.

525-ci Qəzet - “Ərazi bütövlüyünün təmin olunması Azərbaycan xalqının  hüququdur” - Həsən Ruhani

Ardınca İran prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında “Allaha şükürlər olsun ki, Trampın şərindən xilas olduq” söyləyib.

O, ABŞ-ın İrana qarşı apardığı iqtisadi müharibəni İran-İraq müharibəsi ilə müqayisə edərək hər iki cəbhədə İran xalqının müqavimətinin qələbə çaldığını bildirib:

“İran xalqının qələbəsinin və düşmənin iqtisadi müharibədə məğlub olmasının sübutlarından biri Tramp dövrünün başa çatmasıdır.

Beynəlxalq Valyuta Fondu koronavirus pandemiyası yayıldığı zaman İrana 5 milyard dollarlıq tibbi yardım etmək istəyirdi. Ağ Ev isə buna imkan vermədi”.

Ruhani ABŞ-ın yeni administrasiyasının hazırkı prezident Donald Trampın İrana qarşı qəbul etdiyi qərarlarını tez bir zamanda ləğv edəcəyinə ümid etdiklərini qeyd edib:

“Belə olarsa, İran və ABŞ 20 yanvar 2017-ci ildəki dövrə qayıda bilər. Bu məsələnin həll yolu ola bilər və şəraiti dəyişə bilər.

Bizim proqramlarımız ən ağır şəraitə uyğun tənzimlənib və biz bu proqramları öncədən tədarük görmüşük”.

Bayden isə bəyan edib ki, ABŞ gərəksiz konfliktlərə müdaxilə etməyəcək. Onun sözlərinə görə, gərəksiz konfliktlərdə iştirak etməməklə Amerikanın təhlükəsizliyini qoruyacağıq.

Düşmən hər fürsətdən istifadə edə bilər - Zaur Məmmədov

Politoloq Zaur Məmmədovun “Yeni Müsavat”a bildirdiyinə görə, Tramp ABŞ-da seçkilərdən sonra hakimiyyətdən gedəcəyini bilə-bilə İrana yaxın regiona təyyarələri cəmləşdirməklə təzyiq yolu seçir.

Siyasi şərhçi düşünür ki, Tramp dönəmində Vaşinqton-Tehran münasibətləri heç də yaxşı olmayıb:

“İndi də hakimiyyətdən gedişinə az vaxt qalır və onun rəhbərliyi dövründə iki ölkə arasında problemlərin aradan qalxacağı inandırıcı görünür. Ona görə biz Baydenə baxmalıyıq ki, onun İran siyasəti necə olacaq.

Bu barədə deyə bilərəm ki, Bayden həm İran, həm Rusiyaya qarşı radikal mövqedə dayanacaq. Lakin onun əsas istiqaməti Rusiya olacaq. Hesab edirəm ki, ABŞ-ın yeni administrasiyası Rusiyaya qarşı hücuma keçəcək”.

Ekspertin sözlərinə görə, Tramp İranın əsas müttəfiqi olan Rusiyaya bütün məsələlərdə kompromisə gedirdi: “İstər Suriya və Liviyada, istər digər məsələlərdə bu yumşaqlıq görünürdü.

Biz onun dövründə ABŞ-ın hərbi-siyasi maraqlarının tapdalanmasını görürdük ki, bu da ciddi siyasi səhv idi. Trampın əsas məqsədi İsraili Yaxın Şərqdə gücləndirmək idi”.

Ramiyə Məmmədova: “ABŞ yetərincə demokratik deyil”

Siyasi ekspert Ramiyə Məmmədovanın fikrincə, ABŞ-ın İran siyasətində dəyişiklik gözləmir:

“Trampdan sonra da Tehrana sanksiyalar davam edəcək. Bayden Vaşinqtonun bu siyasətini köklü dəyişə bilməz, heç istəmir də…

İran Ali liderinin də açıqlamasından görünür ki, münasibətlərin yaxşılaşması üçün tərəflərin bir qarış geri addım atmaq niyyəti yoxdur.

Sözsüz ki, bu əlaqələrin düzəlməsi Azərbaycanın da maraqlarına xidmət edir. Biz regionda sülh və sabitlik tərəfdarıyıq.

İkincisi, hər iki dövlətlə strateji tərəfdaşlıq var. Belə olan halda Tehranla Vaşinqtonun münasibətlərinin gərginləşməsi bizə sərf etmir.

Amma Trampın gedişi ərəfəsində bombadrmançı təyyarələrin göndərilməsi közün üstünə benzin tökməyə oxşayır. Sanki prezidentlikdən gedəcəyini bildiyi üçün Baydenə pislik etmiş olur.

Sadəcə, bu qərarların verilməsində və təyyarələrin Yaxın Şərqə göndərilməsində təkcə Trampın rolu yoxdur. Bu, ABŞ-ın dövlət siyasətidir”.

Həmsöhbətimiz bildirir ki, Bayden həm Türkiyəni, həm Rusiyanı, həm İranı sıxışdırmağa, sanksiyaları gücləndirməyə davam etsə, regionda yeni anti-Qərb zolağı yarana bilər:

“Bu koalisiyanın işartıları görünür. Dağlıq Qarabağ məsələsinin həllində Rusiya və Türkiyənin anlaşması, eləcə də İranın bu siyasətdən kənara çıxmaması göstərir ki, bu üç ölkə Bayden dönəminə hazırlaşır.

Çünki yeni prezident xüsusən Rusiyaya və Türkiyəyə qarşı təzyiqlərin gücləndirilməsini açıq şəkildə ifadə edib”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”