ABŞ BƏƏ-yə döyüş dronları satır – 2,9 milyardlıq

54

ABŞ Dövlət Departamenti Konqresi Vaşinqtonun BƏƏ-yə 18 müasir döyüş PUA-sı satmaq niyyətində olmasına dair məlumatlandırıb.

Axar.az xəbər verir ki, bu məlumatı “Röyter” öz mənbələrinə istinadən yayıb. BƏƏ-yə satılacaq PUA-ların dəyəri 2,9 milyard dollar olacaq.

Qeyd edək ki, əgər razılaşma reallaşarsa, bu, ABŞ döyüş dronlarının ilk ixracı olacaq.