ABŞ arxivindən qədim Azərbaycan şəhəri İrəvanın görüntüsü yayıldı – Video

54

ABŞ-ın hərbi arxivlərindən qədim Azərbaycan şəhəri İrəvanın unikal görüntüsü yayılıb.

Sözügedən kadrlar 1919-cu ildə ABŞ-ın hərbi missiyası Türkiyə və Ermənistanda olarkən çəkilib. Görüntülərdə İrəvan istehkamları əksini tapıb. Bu qala 4 iyul 1679-cu ildə baş verən dağıdıcı zəlzələdən sonra İrəvan xanı tərəfindən inşa edilib.

Axırıncı dəfə həmin istehkamlar Hüseynqulu xan tərəfindən Rusiyanın işğalı ərəfəsində (1808-1828) ucaldılmışdı.

Erməni hakimiyyətinin cəhdləriylə sözügedən istehkamlar tamamilə dağıdılıb. \\Axar.az