ABŞ-a xəbərdarlıq edildi: Qərarını dəyiş, əks halda…

99

ABŞ-ın Yəməndə mərkəzi hökumətə qarşı döyüşən husiləri terror təşkilatı siyahısına salmaq barədə qərarı humanitar vəziyyəti daha da çətinləşdirəcək.

Bu açıqlama ilə BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Mark Loukok çıxış edib.

Loukok ABŞ-a qərarından dönmək barədə xəbərdarlıq edib:

“Yəməndə prioritet məsələ böyük bir qıtlığın qarşısını almaqdır. Bu il 16 milyon yəmənli aclıqdan əziyyət çəkəcək, 50 min insanın humanitar durumu isə pik həddədir”. \\Axar