Şabranda narkotik bağbanı həbs edildi – ƏMƏLİYYAT

    39

    Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi Dəmiryol Nəqliyyatında Polis İdarəsinin Xaçmaz xətt polis bölməsi və Şabran xətt Pplis məntəqəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Hurriyyet.org-a verilən məlumata görə, iyunun 27-də daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şabran rayon sakini Telman Alışov saxlanılıb.

    Onun yaşadığı evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə – Kannabis bitkiləri aşkarlanaraq götürülüb.

    Hal şahidlərinin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı oradan yaş çəkisi 2 kilo 525 qram təşkil edən hündürlüyü 20-150 sm olan 15 ədəd çətənə kolu və sellofan torbada ümumi çəkisi 70 qram olan qurudulmuş marixuana aşkar olunub.

    Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub.

    Dindirilmə zamanı həmin şəxs çətənə kollarını may ayında əkdiyini və şəxsi istifadəsi üçün becərdiyini bildirib.

    ​Faktla bağlı cinayət işi başlanıb.