Abdullah Öcalana “fəxri şəhər sakini” adı verildi – Türkiyə XİN bəyanat yaydı

9

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) İtaliyanın Fossalto bələdiyyəsi tərəfindən PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalana “fəxri şəhər sakini” adının verilməsi ilə bağlı bəyanat yayıb.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, bəyanatda Fossalto bələdiyyəsinin qərarı utancverici addım kimi qiymətləndirilib.

“40 mindən çox günahsız insanın qətlində təqsirkar olan, narkotik vasitələr, insan alveri və digər cinayətlərdə təqsiri sübuta yetirilən, Avropa İttifaqının terror təşkilatları siyahısına daxil edilən PKK və onun liderinin legitimləşdirilməsi cəhdi əbəsdir. İtaliya bələdiyyəsinin məlum qərarı terrorizmlə mübarizədə beynəlxalq əməkdaşlığın ruhuna tamamilə ziddir”, – deyə bəyanatda qeyd olunub.