Abbas Bağırov villasındakı idman zalını nümayiş etdirdi – İLK DƏFƏ

48

Karantin rejimini Gəncədə villasında keçirən əməkdar artist Abbas Bağırov idman zalını ilk dəfə nümayiş etdirib.

Villasında yerləşən idman zalından bir başa “Şən bazar” verilişinə bağlanan ifaçı “Ailəmizlə bir yerdəyik. Karantin rejiminin qayda-qanunlarına riayət edirik.

Evdə otururuq, heç yerə getmirik. Evdə idman alətlərim var, amma tək məşq etmək çox çətindir. İdmanı sevdiyim üçün hər gün məşğul oluram” deyə qeyd edib. \\Teleqraf