Abadi azərbaycanlı liderə söz verdi

    9

    İraq Türkman Cəbhəsinin lideri Ərşad Salehi İraqın Baş naziri Heydar Abadi ilə görüşüb.

    Hurriyyet.org bildirir ki, bu haqda məlumatı Ərşad Salehi özü axar.az-a verib.

    Onun sözlərinə görə, Bağdaddan gələn komissiya doqquz vilayətin səslərinin nəticələrini elan etsə də, Kərkükdə hələ də sıxıntı yaşanmaqdadır:

    “Bir neçə dəqiqə öncə cənab Abadi ilə görüşdük. Baş nazir bizi dəstəklədiyini və səslərin yenidən sayılmasının tərəfdarı olduğunu vurğuladı”.

    Qeyd edək ki, ötən gün İraqda parlament seçkisi keçirilib. İraq türkmanları səslərin saxtalaşdırıldığını və Türkman Cəbhəsinin səslərinin oğurlandığını bildirib.