ABŞ və NATO-ya BÖYÜK GÖZDAĞI – PUTİN TARİX VERDİ

    6

    Hurriyyet.org xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Rusiya alimlərinin inkişaf etdirdiyi silahlarla hərbi texnikanın xarici hərbi sənayeni çox geridə qoyduğunu bildirib.

    Putin hərbi rəhbərliklə keçirdiyi iclasda deyib: “Bir daha alimlərimizə, mühəndislərimizə və işçilərimizə təşəkkür eləmək istəyirəm. Onların əməyi və istedadı sayəsində hazırlanan, tayı-bərabəri olmayan silahlar və hərbi texnika xaricdəkilərə nisbətən bəlkə də onlarla il irəlidədir. Açıq desək, silahlarımız bir çox bahalı xarici sistemləri indidən dəbdən salıb”.

    “SARMAT 2020, AVANQARD 2019-cu ildə”

    Похожее изображение

    Putin “Avanqard” və “Sarmat” raket sistemlərinin hazırlanması ilə bağlı tarix verib. Modern sistemlərin sınaqlarının davam elədiyini bildirən rus zlider deyib: “Sarmat” sistemi 2020-ci, “Avanqard” sistemi 2019-cu ildə, digər sistemlər də müəyyənləşdirilmiş təqvimə görə ordunun istifadəsinə veriləcək”.

    Bəzi yeni silahların indidən dövri istehsal edilərək orduya təqdim edildiyini qeyd edən Putin sözlərini belə yekunlaşdırıb: “Məsələn, ultrahəssas hipersonik “Kinjal” hava və raket sistemi. Bu sistem mayın 9-da hərbi keçiddə də sərgilənib. Bundan başqa, lazer sistemlər də var, bu sistemlər Cənubi Hərbi Dairəsində pilot layihə çərçivəsində xidmət edirlər. Onların müharibə şəraitində tətbiq edilməsi üsulları üzərində işləyirlər”.

    Hurriyyet.org