ABŞ VƏ İSRAİLDƏN SƏRT REAKSİYA – GƏRGİNLİK ARTIQ

    9

    ABŞ-dan İrana qarşı İsrail dəstəyi: “Özlərini müdafiə eləmək hüquqları var”

    Hurriyyet.org xəbər verir ki, ABŞ hökuməti Suriya torpaqlarında İsrailə raket hücumu etdiyinə görə, İran rəhbərliyini qınayaraq, İsrailin özünü müdafiə eləmək hüququ olduğunu bildirib.

    Ağ Evin mətbuat katibi Sara Sanders yazılı açıqlama verərək İran rəhbərliyini qınayıb: “ABŞ İran rejiminin Suriyadan İsrail vətəndaşlarını hədəfə alan provokasiya məqsədli raket hücumlarını qınayır və İsrailin özünü müdafiə hüququnu dəstəkləyir”.

    Açıqlamada İranın Suriyada raket sistemlərinə sahib olmasının qəbuledilməz və bütün Yaxın Şərq üçün olduqca təhlükəli olduğu bildirilib: “Bu məsuliyyətsiz əməliyyatların bütün əsuliyyəti İran İnqilabı keşikçilərinin boynuna düşür. İran İnqilabı Keşikçiləri və “Hizbullah” da daxil olmaqla onun hərbi qanadlarını bundan sonra provokativ addımlar atmamağa çağırırıq”.

    Xatırladaq ki, İsrail ordusu dünən gecə İran qüvvələrinin Suriyadan İsrailə doğru təqribən 20-yə qədər raket atdığını bəyan eləmiş, İran isə bu iddiaları təkzib etmişdi.

    Hurriyyet.org