ABŞ Türkiyəni dövrəyə alır – İNDİ DƏ ARALIQ DƏNİZİNDƏ…

    15

    Hurriyyet.org xəbər verir ki, Türkiyə mətbuatının yazdığına görə, Türkiyə ilə ABŞ arasında rahib Bransonun azadlığa buraxılmasından sonra qarşılıqlı şəkildə müsbət addımlar atılsa və gərginlik azalmış kimi görünsə də, Amerika iqtidarının Aralıq dənizinin şərqində, Qara dəniz və Suriyada atdığı addımlar strateji müttəfiqliyin tam əks istiqamətində irəliləməyə davam edir.

    Axırıncı dəfə Ukrayna-Rusiya böhranındakı mövqeyi ilə Qara dənizdə qarışıqlığı alovlandıran ABŞ-ın bu böhrandan istifadə edərək, Qara dənizdəki Türkiyə ilə Rusiya hegemonluğunu zəiflətmək və bölgədə hərbi varlığını yerləşdirmək üçün strateji addımlar atdığı bildirilir. ABŞ həmçinin, Suriyada İŞİD terrorçuları ilə mübarizə adı altında Türkiyəyə silah qaldıran PYD/PKK terrorçularını silahlandırır.

    Aralıq dənizinin şərqindəki gərginlikdə də mövqeyini ilk dəfə bu qədər açıq şəkildə elan edən ABŞ iqtidarı Cənubi Kipr Yunan Respublikasındakı səfirini Türkiyə ilə mübahisəli olan 10-cu blokdakı qazma gəmisinə göndərməklə Türkiyə əleyhinə siyasət yürüdəcəyini elan eləmiş olub.

    ABŞ-ın Cənubi Kiprdəki səfiri Ketrin Doetrinin və Ekson şirkətinin sədr müavini olan Tristan Esprinin ötən günlərdə Kiprin mübahisəli iqtisadi zonada qazma işlərinə başlayan “Stena Icemax” qazma gəmisini ziyarət eləmələri ABŞ-ın rəsmi şəkildə Cənubi Kipr Yunan Respublikasının qanun pozuntularını dəstəklədiyini elan eləmiş olur. Bu səfər indiyə qədər mövqeyini açıq şəkildə bildirməyən ABŞ tərəfindən bir növ Türkiyəyə birbaşa ismarıc hesab edilir. Haqqında danışılan qazma gəmisi Türkiyə dövlətinin sahil sulahında olmasa da, Şimali və Cənubi Kipr arasında mübahisəli sahədə yerləşir. Türkiyə adada təminatçı ölkə olduğu üçün Şimali Kipr Türk Respublikasının hüquqlarını qorumaq mükəlləfiyyəti daşıyır. Barəsində danışılan 10-cu blok da Şimli Kipr Türk Respublikası ilə Cənubi Kipr Yunan Respublikası arasında mübahisəli bölgədir.

    Türkiyə və təsir dairəsindəki bölgələr üzrə analitik Turan Oğuz “Yeni Şafak” qəzetinə açıqlamasında deyib: “ABŞ səkkizayaqlı dəniz ulduzu kimi ətrafımızı sarıb nəfəsimizi kəsməyə çalışır. Türkiyənin yaxın dövrəsində baş verən bu hadisələrdə, Qara dəniz, Egey, Suriya, İraq və İran coğrafiyasında ABŞ Türkiyə ilə üst-üstə düşməyən siyasət yürüdür. Bütün bu hadisələri nəzərdən keçirdikdə, qarşıdakı dövrdə ABŞ-ın Türkiyənin dövrəsini səkkizayaqlı dəniz ulduzu kimi sarmağa başlayacağını gözləyə bilərik… ABŞ-ın Cənubi Kiprdəki səfirinin bu addımını gələcəkdə “yunan dəniz qüvvələri ilə yox, ABŞ qüvvələri ilə burun-buruna gələ bilərik” kimi oxumaq olar”.

    Hurriyyet.org