ABŞ təmsilçisindən Türkiyə AÇIQLAMASI

3

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri İdlibdə baş verəbləri “beynəlxalq sistemə meydan oxumaq” adlandırıb. İdlibdəki vəziyyətin bir çox ölkəyə də təsir elədiyini bildirən Ceffri deyib: “İdlib, Suriya ixtilafının mərkəzinə çevrilib. Bu məsələdə Türkiyənin, ABŞ-ın Ərəb birliyinin, NATO-nun, Avropa İttifaqının və Suriyanın digr qonşularının da məsuliyyəti var”.

Türkiyədə keçirilən beynəlxalq İdlib konfransında çıxış edən Ceffri deyib: “İdlibdə baş verənlər beynəlxalq sistemə meydan oxumaqdır. Bir çox başqa ölkəyə də təsir eləməkdədir. Açıq və ya qapalı şəkildə bu prosesə daxil olan çox sayda ölkə var. Türkiyənin rolunun nə olduğunu hamımız bilirik. Eyni zamanda İsrailin hava qüvvələrinin xüsusilə İrana qarşı əməliyyatlarının olduğunu bilirik”.

“Xüsusilə təhlükəsizlik məsələsində Türkiyənin öhdəsinə məsuliyyət düşür. Suriyanın digər qonşularının da öz məsuliyyətləri var. Ərəb dünyasının var, Avropa İttifaqının var, NATO-nun var. Yəni bütün tərəflərlərin öz məsuliyyətləri var”.  

Hurriyyet.org