ABŞ Suriya məsələsi ilə bağlı qərarını verdi – GÜNDƏMİ SARSIDAN İDDİA

    6

    Hurriyyet.org xəbər verir ki, ABŞ hökumətinin Suriyanın şimal-şərqinə qarşı bütün yardımları kəsmək qərarını verdiyi iddia edilib.

    Amerikanın CBS televiziyasının ABŞ rəhbərliyinə istinad elədiyi xəbərdə, Suriyanın şimal-qərbinə qarşı bütün yardımları kəsmək qərarının son bir neçə həftə içərisində Amerika təşkilatları arasında aparılan bir araşdırma prosesinin axırında verdiyini bildirib.

    Xəbərdə deyilir: “ABŞ-ın bundan əvvəl yerli xalqı sabitlyə qovuşdurmaq və gücləndirmək səylərinə xərclədiyi milyonlarla dollar kəsiləcək. Buraya radikallıqla mübarizə, təhsilin gücləndirilməsi, müstəqil cəmiyyət və müstəqil medianın dəstəklənməsi ilə ictimai asayiş layihələri də daxildir”.

    Bu prosesin ABŞ-ın Suriyadan çəkilməsinin ilk addımı olacağı iddia edilib.

    Hurriyyet.org