ABŞ silahı Qarabağda – Azərbaycana qarşı növbəti TƏXRİBAT – FOTO

    21

    Dağlıq Qarabağdakı separatçı rejim rəsmi qadağa olsa da, ABŞ-ın snayper tüfəngləri ilə təmin olunub.

    Hurriyyet.org modern.az-a istinadən xəbər verir ki, cəbhə xəttində çəkilən fotolardan birində xüsusi təyinatlı erməni hərbçisinin əlində ABŞ istehsalı olan SRS A1 snayper tüfənginin olduğu görünür.

    ABŞ-ın Azərbaycan və Erməniostan münaqişə tərəfləri olduğu üçün silah satmadığın nəzərə alsaq, snayper tüfnəginin Azərbaycanın işğal altındakı torplaqlarında olmasını ciddi beynəlxalq hüquq pozuntusu adlandırmaq olar.

    Xatırladaq ki, SRS A1 snayper tüfəngləri ABŞ-ın "Desert Tactical Arms" şirkəti tərəfindən yaradılıb.