ABŞ SƏFİRİ AÇIQLADI – ALMANLAR AYAĞA QALXDI

    12

    Hurriyyet.org xəbər verir ki, ABŞ-ın Almaniyadakı yeni səfiri Riçard Qrenellin vəzifə başına keçəndən sonra “Tvitter” şəbəkəsində paylaşdığı ilk mesaj Almaniyada etirazlara səbəb olub. Səfir Qrenell çərşənbə axşamı günü etimad məktubunu təqdim etdikdən sonra belə bir mesaj paylaşıb: “Donald Trampın dediyi kimi, ABŞ sanksiyaları İran iqtisadiyyatının əsas sektorlarını hədəfə alır. İranda işləyən alman şirkətləri dərhal əməliyyatları dayandırmalıdırlar”.

    Hökumətin mətbuat katibi dünənki mətbuat konfransında məsələnin gündəmə gətirilməsinə rəğmən, bu paylaşmaya şərh verməyib.

    Münhen Təhlükəsizlik Konfransının təşkilat sədri və Almaniyanın təcrübəli dilomatlarından olan Volfqanq İşinqer Qrenellin paylaşmasına şərhində ona məsləhət verib: “Riç uzun bir səfirlik karyeramdan sonra sənə bunu tövsiyə edə bilərəm. Öz ölkənizin siyasətini açıqlayın və ev sahibi ölkədə lobbiçilik edin. Amma problemlərlə qarşılaşmaq istəmirsinizsə, ev sahibi olan ölkəyə nə edəcəyinizi söyləməyin”.

    Hurriyyet.org