“ABŞ S-400-ə görə Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyəcək” – ƏRDOĞAN

    33

    “Rusiyanın S-400 hava hücumundan müdafiə kompleksləri on gün ərzində Türkiyəyə gətiriləcək”.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaponiyanın Osaka şəhərində keçirilən G20 zirvəs görüşü çərçivəsində ABŞ prezidentilə görüşündən sonra jurnalistlər qarşısında söyləyib.

    O, həmçinin sözügedən zenith-raket sistemlərinin tədarükü səbəbindən Türkiyə ilə ABŞ arasındakı mövcud münasibətlərin həll ediləcəyinə əminliyini ifadə edib: “ABŞ C-400-lərin alışına görə Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyəcək”.

    Ərdoğan eyni zamanda Türkiyəyə 100 F-35 döyüş təyyarəsinin tədarük etməsinin lazım olduğunu da xatırladıb.