ABŞ QIRICILARI RUSİYA BOMBARDMANÇILARINI YAXALADI

    12

    Hurriyyet.org xəbər verir ki, Alyaska ştatı sahillərindəki beynəlxalq hava məkanında Rusiyaya məxsus olan iki bombardir-raketdaşıyan Tu-95 Amerikanın F-22 qırıcıları tərəfindən yaxalanıb. Bu barədə məlumatı CNN televiziyasına Şimali Amerikanın Birləşmiş Aerokosmik Komandanlığının nümayəndəsi Endrü Henessi verib.

    Onun sözlərinə görə, rusiyalı bombardirlər ABŞ-ın Hava Hücumundan Müdafiə zonasına daxil olublar. Bu sahə Alyaskanın qərb sahilləri yaxınlığında Aleut adalarından şimalda yerləşir. O, qeyd edib ki, Rusiya təyyarələri həmin zonanı tərk edənə qədər F-22-lər onları müşayiət ediblər.

    Henessi Tu-95-in ABŞ-ın hava məkanını pozmadığını bildirib. Telekanal qeyd edir ki, ABŞ HHQ son dəfə Rusiya təyyarələrini 2017-ci il mayın 3-də yaxalayıblar.

    Hurriyyet.org