ABŞ Qəzza zolağındakı hadisələrin məsuliyyətini “Həmas”ın üzərinə atdı – KRİTİK AÇIQLAMA

    12

    ABŞ-ın İsraildəki səfirliyinin Qüdsə köçürülməsi və Fələstinlə İsrail arasında yaşanan qarşıdurmalara Ağ Evdən açıqlama gəlib.

    Hurriyyet.org xəbər verir ki, Ağ Evin mətbuat katibinin köməkçisi Rac Şah İsrail əsgərlərinin Qəzza sərhədində silahlı hücumundan sonra onlarla fələstinlinin ölməsinə görə "Həmas"ın məsuliyyət daşıdığını deyib.

    Mövzu ilə bağlı təkrar-təkrar verilən suallara “bu itkilərə görə "Həmas" cavabdehdir” cavabı verən R.Şahın İsrail hökuməti və əsgərləri ilə bağlı heç bir dəyərləndirmə aparmaması diqqət çəkib.

    Köməkçi “Qəzza srəhədində öldürülənlərin hamısı fələstinlidir. İsrail hökumətinə qarşıdurmanı dayandırmaq üçün çağırış etməyəcəksiniz” sualını da cavabsız qoyub və daha əvvəl dediklərini təkrarlayıb.

    Qeyd edək ki, Qəzza sərhədində çadırlar quran fələstinlilər ABŞ-ın İsraildəki səfirliyinin Qüdsə köçürülməsini və İsrailin qurulma ildönümü olan “Böyük Fəlakət”i protesto etmək üçün “Milyonluq yürüş” adını verdikləri aksiyalar təşkil edirlər./publika.az/