ABŞ prezidentinin impiçmenti prosesi başlandı

63

Hurriyyet.org xəbər verir ki, ABŞ-da prezident Donald Trampın impiçmenti prosesi başlanıb.

ABŞ-ın baş hakimi Con Roberts ilə senatorların and içərək məhkəmə işinə başladıqları bəlli olub.

Bundan başqa, Amerika Konqressinin Nümayəndlər Palatasının Kəşfiyyat üzrə xüsusi komitəsinin rəhbəri Adam Şiff Ağ Evin rəhbərinə qarşı irəli sürülən əsas iddiaları açıqlayıb: hakimiyyətdən sui-istifadə və Konqressin fəaliyyətin mane olmaq. Senat üzvləri bütün məhkəmə prosesi çərçivəsində andlılar qismində iştirak edəcəklər.

Tramp ABŞ tarixində impiçmentlə qarşılışan üçüncü prezidentdir. Demokratların iddiasına görə, Tramp Konqressin göndərilməsinə razılıq verdiyi hərbi yardımın Ukraynaya verilməsiyi yubadaraq, bunun əvəzində prezident Vladimir Zelenskidən Trampın opponenti Co Baydenə qarşı araşdırma şəklində siyasi xidmət tələb edirmiş. Bununla da Amerika prezidenti öz slahiyyətini aşıb, ardından Konqresin araşdırma aparmasına da mane olub. Bu barədə impiçment qətnaməsində yazılıb.

Tramp isə Ukrayna hakimiyyətindən yalnız korrupsiyaya qarşı mübarizə aparmağı tələb elədiyini söyləyib.

Hurriyyet.org