ABŞ Prezidenti Donald Tramp Şimali Koreya rəhbəri Kim Çen Inla görüşünün vaxtını açıqlayıb. D.Tramp bu barədə öz "Twitter" səhifəsində yazıb.
O bildirib ki, Kim Çen Inla görüş iyunun 12-də Sinqapurda baş tutacaq.
Qeyd edək ki, ötən gün Şimali Koreya rəhbəri ilə görüşmüş ABŞ Dövlət katibi Mayk Pompeo görüş tarixinin və yerinin məlum olduğunu demişdi.(Trend)