ABŞ prezidenti Consonu “BRİTANİYALI TRAMP” adlandırdı

    6

    ABŞ prezidenti Donald Tramp Britaniyanın yeni baş naziri seçilmiş Boris Consonun təyinatını müsbət qiymətləndirib və onun öz işinin öhdəsindən yaxşı gələcəyini deyib.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, amerikalı prezident bu sözləri Vaşinqtonda yuxarı sinif şagirdləri ilə görüşü zamanı səsləndirib.

    “Boris Conson yaxşı adamdır, o sərtdir, ancaq ağıllıdır. Onu “britaniyalı Tramp” adlandırırlar və deyilənə görə, bu yaxşıdır. Orada məni sevirlər, onlar bunu istəyirdilər və bu onlara lazım olandır. O, hər şeyi edəcək. Boris yaxşı adamdır və o öz işini görəcək”, – deyə Tramp bildirib.