ABŞ prezidenti Avropanı TƏHDİD ETDİ!

18

Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İrana qarşı addım atmayacaqları təqdirdə, Avropanı gömrük vergisi qoymaqla təhdid edib.

Tramp BMT-nin İrana qarşı sanksiyalarının yenidən qüvvəyə minməsini təmin edəcək Nüvə anlaşması ixtilafının həlli mexanizminə riayət etməyəcəkləri təqdirdə, Avropa ölkələrini idxal edilən avtomobillərə 25 faiz vergi tətbiq eləməklə təhdid edibmiş. Bu məlumatı “Vaşinqton Post” qəzeti avropalı mənbələrə istinadən verib. Mənbə bildirib ki, Tramp bir müddət əvvəl Almaniya, İngiltərə və Fransanı təhdid edərək, onların BMT-nin İrana qarşı sanksiyalarının geri qaytarılmasına aparan Nüvə anlaşması ixtilafının həlli mexanizmini dünənki tarixdə aktivləşdirməsinə nail olub.

Mənbə Trampın təhdid mesajını Vaşonqtondakı səfirliklər vasitəsilə deyil, birbaşa London, Paris və Berlindəki məqamlara göndərdiyini açıqlayıb.

Hurriyyet.org