ABŞ MÜHARİBƏYƏ HAZIRLAŞIR? – MİNLƏRLƏ HƏRBÇİ TOPLAŞDI

    3

    Hurriyyet.org xəbər verir ki, ABŞ Şərqi Avropaya hərbçi və tank toplamaqdadır.

    ABŞ Şərqi Avropada güclü hərbi toplaşma həyata keçirməkdədir. Atlantik əməliyyatı çərçivəsində ABŞ ordusunun Belçikadan Rumıniya, Bolqarıstan, Macarısran və Baltikyanı ölkələrdəki strateji məntəqələrə ağır hərbi təchizat göndərməyə başladığı bildirilir.

    Hərbi təlim məqsədilə keçirilən Atlantika əməliyyatı üçün 300 hərbçi, 87 ədəd M-1 Abram və 18 ədəd M-109 Paladin haubitsa göndərilib. Bu təchizatın bir qismi dəmiryolu, bir qismi də dəniz yolu ilə həyata keçirilib.

    3-15 iyun tarixləri arasında Polşa və Baltik ölkələrində keçiriləcək təlimlərdə 18 min NATO hərbçisi iştirak edəcək.

    Ənənəvi olaraq keçirilən Baltik təlimləri Amerika tərəfindən Rusiyaya gözdağı kimi qiymətləndirilir.

    Hurriyyet.org