ABŞ Menbiçdə yeni oyunlar qurur! – GƏRGİNLİK DAHA DA ARTACAQ

    15

    Hurriyyet.org xəbər verir ki, Amerikanın müstəmləkə valisi Brett Makqark Menbiçdə PKK terrorçuları ilə görüşüb. Qondarma “Menbiç Yerli Şurası”nda PKK bayraqları, Abdullah Öcalanın posterləri endirilib, yerinə qondarma məclis bayraqları asılıb. 2016-cı ildə qurulan məclis, Qəndilin təyin elədiyi Agid Əhməd, Cemil Mazlum, İsmail Derik və Şervan Derviş kimi terrorçular tərəfindən idarə edilir. ABŞ-ın müstəmləkə valisi Brett Makqark da Menbiçdə PKK terrorçuları ilə görüşlər keçirir.

    ABŞ hərbçiləri Menbiç şəhər mərkəzində PKK terrorçuları ilə görüşərək bundan sonrakı proseslə bağlı planlar qurublar.

    Menbiç Yerli Məclisinin keçmiş üzvlərindən olan İssam Cuma regionda baş berən dəyişiklikləri “terrorçuların keçmiş geyimlərini çıxararaq mülki paltarlarla qanunilik qazanmaları” kimi qiymətləndirilib. Cuma, PKK-nın Qəndil kadrlarından olan İsmail Derik, Cemil Mazlum, Şervan Derviş, Agid Əhməd kimi qatı terrorçuların xidmət elədiyi məclisin Menbiç xalqı ilə heç bir əlaqəsinin olmadığını bildirib və deyib: “Hər bir menbiçli iki illik müstəmləkə və işğal dövrünün bitməsinin intizarındadır. Xalqımız əvvəlcə İŞİD, sonra da PKK-dan çox əziyyət çəkib. Artıq Türkiyə ordusunun daxil olması üçün günlərimizi sayılırıq”.

    Şəhərin sakinlərindən olan Hişam Əli isə PKK terror təşkilatının Menbiçdə quldurluqla məşğul olduqlarını, iki ildə “vergi” adı altında xalqdan zorla pul topladıqlarını, qiymətli hesab elədikləri bütün əşyaları Eyn əl-Ərəbə daşıdıqlarını bildirib.

    Hurriyyet.org