“ABŞ kimyəvi silahdan imtina eləməlidir” – CAVAD ZƏRİF

    36

    Hurriyyet.org xəbər verir ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Kimyəvi və Bioloji Silahla Mübarizə günü münasibətilə çıxışı zamanı ABŞ-ın özünün kimyəvi silahlarını məhv eləməli olduğunu bəyan edib.

    Zərif deyib: “İran kimyəvi silahdan istənilən yerdə, istənilən saatda və şəraitdə istifadə olunmasını qınamaqla bağli öz prinsipial siyasətini bir daha vurğulayır”.

    Nazir söyləyib: “Tehran belə hesab edir ki, kütləvi qırğın silahından azad olan dünyanın yaradılması üçün əsas addım – bu dünyada kimyəvi silaha malik yeganə ölkə olan ABŞ-ın kimyəvi silah cəbbəxanasının məhv edilməsi olacaqdır”.

    Hurriyyet.org