ABŞ İraqda yenidən İŞİD-ə qarşı əməliyyata başladı

27

Hurriyyet.org xəbər verir ki, ABŞ İraqda İranla gərginliyinin ardından təxirə salınmış İŞİD əməliyyatlarına yenidən başlayıb. Adının açıqlanmasını istəməyən amerikalı mənbə İraq və ABŞ qüvvələrinin İŞİD-ə qarşı birgə əməliyyatlar keçirməyə başladıqlarını, lakin onların sayının əvvəlki dövrlərlə müqayisədə az olduqlarını söyləyib. İraqlı hərbçilərə yenidən təlim keçirilməsi üçün də detalların müzakirə edildiyini bildirən amerikalı mənbə təlim proqramının qısa müddət ərzində başlana biləcəyini söyləyib.

İraq parlamenti 5 yanvar tarixində keçirdiyi fövqəladə iclasda ABŞ da daxil olmaqla, ölkədəki bütün xarici qüvvələrin İraqı tərk eləməsini qərara almışdı.

İraqın baş naziri Adil Əbdülmehdi ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə 10 yanvar tarixində apardığı telefon söhbəti zamanı ondan əcnəbi hərbçilərin ölkədən çıxarılması mexanizmini hazırlamaq üçün mütəxəssislər göndərməsini tələb eləmişdi.

Hurriyyet.org