ABŞ İraqda İŞİD əleyhinə əməliyyatları DAYANDIRDI

6

ABŞ Dövlət Departamenti İraqda İŞİD əleyhinə əməliyyatları müvəqqəti olaraq dayandırıb.

Bu barədə Amerikanın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri Tvitter səhifəsində yazıb.

Bu qərarın qəbul edilməsinə səbəb kimi ABŞ-ın prioritetlərinin dəyişməsi göstərilib. Ceffrinin sözlərinə görə, ölkənin əsas vəzifəsi İraqdakı hərbi qüvvələrin təhlükəsizliyinin təmin edilməsidir. Əməliyyatların davam etdirilməsi qərarı İraq hökuməti ilə məsləhətləşmədən sonra qəbul ediləcək. \\Qafqazinfo