ABŞ İrana koronavirusla mübarizədə yardım təklif etdi

9

“Vaşinqton İran hakimiyyətinə koronavirusla mübarizədə yardım təklif edib”.

TASS-ın verdiyi xəbərə görə, bunu bu gün ABŞ Dövlət katibi Mayk Pompeo Konqresin Nümayəndələr Palatasının xarici məsələlər üzrə komitəsində keçirilən dinləmələrdə deyib.

“Biz İran İslam Respublikasına koronavirusla mübarizədə yardım təklif etmişik”, – deyə ABŞ Dövlət katibi vurğulayıb.

Qeyd edək ki, İranda koronavirusdan ölənlərin sayı 34 nəfərə, virusa yoluxanların sayı isə 388 nəfərə çatıb./apa/