ABŞ ilə Kürdüstan razılaşdı. Kərkük… Peşmərgə və amerikalılar soydaşlarımızın taleyini həll edirlər?

    15

    Hurriyyet.org xəbər verir ki, İraq Kürd Regional İdarəsi ilə ABŞ-ın liderlik elədiyi İŞİD-ə qarşı koalisiya qüvvələrinin Kərkükün (Kərkük etnik azərbaycanlıların – türkmənlərin yaşadıqları, əslində İraq ərazisi olan bölgədir – red.) də içərisində olduğu mübahisəli ərazilərdəki təhlükəsizlik və hərbi planın yenidən gözdən keçirilməsi məsələsində razılıq əldə elədikləri bəyan edilib.

    İraq Kürd Regional İdarəsinin Peşmərgə nazirliyinin baş katibi Cabbar Yavər, yazılı açıqlama verərək, peşmərgə və koalisiya qüvvələrindəki hərbi məmurların Kürdüstan və İraq mərkəzi hökuməti arasındakı mübahisəli bölgələrin vəziyyətini müzakirə eləmək üçün Ərbildə görüş keçirdiklərini bəyan edib.

    Yavər toplantıda hər iki tərəfin mübahisəli bölgələrdəki təhlükəsizliyinin təmin edilməsi və hərbi planın yenidən gözdən keçirilməsi məsələsində razılaşma əldə elədiklərini qeyd edib.

    İraq mərkəzi hökumətinə tabe olan ortaq qüvvələr 2017-ci il oktyabrın 16-dan bəri, Kərkük başda olmaqla, mübahisəli bölgələrin 90 faizinə nəzarəti ələ alıb, peşmərgə qüvvələri isə Şimali İraq Kürd İdarəsinin sərhədlərinə geri çəkilmişdi.

    İraqın baş naziri Heydər əl-İbadi 2017-ci il dekabr tarixində İŞİD terror təşkilatının ölkədəki hərbi varlığını tamamilə sona yetirdiyini elan eləsə də, xüsusilə də mübahisəli ölkələrdə kamikadze hücumları, yol kəsmək və adam qaçırmaq kimi terror hadisələri baş verməkdədir. İŞİD terror təşkilatını hansı ölkənin yaratdığı artıq dünya mətbuatında dəfələrlə qeyd edilib – ABŞ terror bəhanəsindən Yaxın Şərqdə qalmaq üçün istifadə edir. İŞİD Suriya dövlətinin parçalanmasında müstəsna rol oynayaraq, səhnədən çəkildi. İraq dövlətinin “mübahisəli” ərazilərinin İraq torpaqları hesabına yaradılmış Şimali İraq muxtariyyətinə verilməsinə cəhd edənlərə, İŞİD qaraltısının bölgədən çəkilməməsi sərf edir.

    Nəzərinizə çatdıraq ki, 1926-cı ilin Ankara andlaşmasına görə, Türkiyənin Mosula və Kərkükə hərbi müdaxilə etmək hüququ var.

    Və… Türkiyənin mərhum rəhbəri Tuqrut Özal son çıxışlarından birində “Mosul və Kərkük bizimdir, bunu dünya bilir, alacağıq” dedi və … on gün sonra müəmmalı şəkildə ölüb.

    Və… 2023-cü ildə Mosul və Kərkük hüquqi cəhətdən avtomatik Türkiyənin ixtiyarına keçməlidir.

    Hurriyyet.org