ABŞ ilə Çin arasında ticarət müharibəsi dayandırıldı – ATƏŞKƏS, YOXSA SÜLH?

    27

    Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ilə Çin Xalq Respublikasının dövlət başçısı Si Cinpin ölkələr arasında ticarət danışıqlarını bərpa eləmək məsələsində razılaşıblar. Məlumatı “Sinxua” informasiya agentliyi yayıb.

    ABŞ Çindən olan məhsullara yeni vergilər tətbiq eləməməyi öhdəliyinə götürüb. Konkret məsələlər iki ölkənin ticari-iqtisadi nümayəndə heyətlərinin görüşü zamanı müzakirə ediləcək.

    Tramp ilə Si Cinpin bu razılaşmanı Osakada keçirilən “Böyük iyirmilik” sammitinin gedişində əldə ediblər. Tramp Amerika tərəfinin dürüst ticarət sövdələşməsi imzalamağa hazır olduğunu bəyan edib. O. bu addımın tarixə düşəcəyini söyləyib.

    İyunun 27-də, danışıqlar ərəfəsində ABŞ ilə Çinin ticarət müharibəsini dayandıracaqları xəbəri yayılmışdı. “Atəşkəs”in nə qədər davam edəcəyi bəlli deyil. Pekindən və Vaşinqtondan olan mənbələr bu sülhün 6 ay davam edəcəyini bildirsələr də, bunun dəqiq məlumat yox, yalnız proqnoz olduğunu əlavə ediblər.

    Ölkələr arasında ticarət qarşıdurması 2019-cu ilin mayında şiddətlənib. Danışıqlar boşa çıxandan sonra ABŞ ilə Çin qarşılıqlı şəkildə idxalı məhdudlaşdırmışdılar. Vaşinqton Çin mallarına 200 milyard dollar, Çin isə ABŞ mallarına 60 milyard dollar məbləğində vergi qoymuşdu.

    Bundan başqa, Tramp ABŞ-dan olan şirkətlərin Çinin “Huawei” şirkəti ilə əməkdaşlığını qadağan eləmişdi. Şirkət Çinin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib onlara istifadəçilər barəsindəki məlumatları ötürməkdə ittiham edilirdi.

    “Huawei” şirkəti Vaşinqtonun bu addımlarından sonra 30 milyard dollar zərər çəkdiyini bəyan eləmişdi.

    Hurriyyet.org