ABŞ ilə Şimali Koreyadan “Nüvə müzakirələrinə davam” QƏRARI

    30

    Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Tramp nüvə müzakirələrinə davam eləmək məsələsində Şimali Koreyanın lideri Kim Çen ilə razılaşdıqlarını bildirib.

    D.Tramp ilə Kim Çen Şimali və Cənubi Koreya arasındakı silahsızlaşdırılmış bölgədə görüşüblər. Görüşdən sonra jurnalistlərə açıqlama verən Tramp “Çox tarixi və əfsanəvi bir gün idi” deyərək, Kimi ABŞ-a dəvət elədiyini söyləyib.

    Çox yaxşı və güclü görüş oldu. Nə olacağını görəcəyik. Məncə, növbəti addıma keçmək istəyirik”. “Şimali Koreyaya qarşı sanksiyalarımız hazırda davam edəcək” deyən Tramp bu məsələnin müzakirələrin növbəti mərhələlərində müzakirə ediləcəyini deyib.

    Görüşlərin məqsədi Şimali Koreyanın nüvə silahından imtina eləməyə razılaşmasına nail olmaqdır.

    Beləliklə, ABŞ prezidenti Donald Tramp Şimali Koreya torpaqlarına addım ataraq bu ölkəyə daxil olan ilk ABŞ prezidenti olub. “Bu, dünya üçün gözəl bir gündür” deyən Tramp silahsız bölgə sərhədini keçdiyi üçün qürur hissi keçirdiyini söyləyib, “Kim Çen ilə ilk görüşdən bir-birimizi sevmişdik”, “Mümkün olsa, onu Ağ Evə dəvət edərdik” sözlərini deyib.

    Kim Çen isə deyib: “Onun sərhədi keçən ilk ABŞ prezidenti olması bədbəxt keçmişi silmək və yeni bir səhifə açmaq arzusunda olduğunu göstərir. Keçmişi geridə qoymaq və sadəcə gələcəyə keçmək istəyirik. Aramızda mükəmməl münasibət olmasa idi, belə bir fürsət yranmazdı. Mən də bu mükəmməl münasibətlərimizdən faydalanaraq, heç kimin gözləmədiyi daha gözəl xəbərləri ortaya çıxarmalı olduğumuzu düşünürəm”.

    Hurriyyet.org