“ABŞ hərbçilərinin Səudiyyə Ərəbistanına gəlməsi utandırıcıdır”

    27

    Hurriyyet.org xəbər verir ki, İraqın işğalının üzərindən 16 il keçməsindən sonra ABŞ qüvvələri Səudiyyə Ərəbistan torpaqlarına geri dönməyi qərara alıb. Körfəzdə İran və ABŞ arasında gərginliyin artmasından sonra verilən qərarla bağlı təhlil aparan iordaniyalı analitik Ömər Ayasra yazıb: “ABŞ hərbçilərinin kral Salmanın dəvəti ilə gəlməsi çox mühümdür. “Kral Salman qərarı təsdiqlədi” ifadəsi ilə “Kralın tələbi ilə…” ifadələrinin arasında böyük fərq yoxdur”. Səudiyyə Ərəbistanı təlaş içərisindədir və ABŞ-ın müdafiəsinə ehtiyac hiss edir. Bu hərbçilərin bölgəyə gəlməsi utandırıcıdır”.

    Ayasra 2003-cü ildə İraqın işğalından sonra ABŞ-ın Səudiyyə Ərəbistanıdakı işinin bitdiyini yazıb: “Bağdadın ələ keçirilməsindən sonra Səudiyyə Ərəbistanında amerikalılara qarşı böyük təzyiq yarandı. Din adamlarının da təzyiqi ölkədə toqquşmalara səbəb oldu. Buna görə də Səudiyyə Ərəbistanı ABŞ-dan hərbçilərini çıxarmağı tələb eləməyə məcbur oldu”.

    Ömər Ayasra 16 il içərisində Səudiyyə Ərəbistanında xüsusilə əmirlər arasında dəyişikliklər olduğunu yazıb: “Əmirlərin böyük əksəriyyəti kənarlaşdırıldı və Məhəmməd bin Salmanının mənfəətləri güdülməyə başladı. Məhəmməd bin Salmanın da təsiri ilə ölkədəki din adamlarının təsiri zəiflədi”.

    Müəllif imzalanan böyük məbləğli silah müqavilələrini xatırladaraq yazıb: “Bu şərtlər altında ağıla belə bir fikir gəlir: “Hələ ötən aylarda Vaşinqton iqtidarı ilə 8 milyard dollarlıq silah müqaviləsini imzaladılar. Bundan əvvəl də silahlanma üçün çox böyük məbləğlər xərcləndi. Dünyada silah alışına görə üçüncü ölkə olan Səudiyyə Ərəbistanı özünü qoruya bilmirmi? Bu silahlar haradadır? Sərhədləri niyə qorumur və müdafiə eləmir? Donald Trampın hakimiyyətə gəlməsi ilə iki ölkə arasında ard-arda müqavilələr imzalandı. “Anbarda silahların paslanması” strategiyası ilə həqiqi hərb arasında fərq var”.

    Hurriyyet.org