ABŞ əsgəri Əfqanıstanda hansı şəraitdə ölüb?

    27

    Hurriyyet.org xəbər verir ki, Əfqanıstanda NATO heyətində xidmət edən bir ABŞ hərbçisi həlak olub.

    NATO birliklərinin verdiyi açıqlamada bir ABŞ hərbçisinin xidmət başında həyatını itirdiyi bildirilir.

    Hərbçinin kimliyi, Əfqanıstanın hansı bölgəsində, hansı səbəbdən öldüyü açıqlanmır.

    ABŞ-ın Əfqanıstanda 14 min nəfərə yaxın hərbçisi var. Taliban ilə sülh razılaşması əldə ediləcəyi təqdirdə, bu rəqəmin nəzərəçarpacaq dərəcədə azalacağı planlaşdırılır.

    Hurriyyet.org