ABŞ dünya həkimlərinə üz tutdu: “Yardıma gələnlər üçün vizalar hazırdır”

21

Hurriyyet.org xəbər verir ki, Çinin Vuhan şəhərində meydana çıxan və pandemiyaya çevrilərək 22 000 nəfərdən artıq insanın ölümünə səbəb olan koronavirus xəstəliyi dünya ölkələrini sarsıtmaqdadır.

ABŞ XİN dünyadakı bütün həkimlərdən yardım istəyərək bəyan edib: “Koronavirusla mübarizədə yardım üçün gəlmək istəyənlər səfirliklərə və konsulluqlara müraciət eləsin”.

Xəbər verdiyimiz kimi, ABŞ koronavirusa yoluxma sayına görə dünyada birinci yerdədir (https://www.hurriyyet.org/xeber/ab_yoluxma_sayina_gore_italiya_ve_ini_arxada_qoyaraq_birinci_oldu). 

ABŞ Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir: “Kovid-19 virusunun təsirlərini müalicə eləmək və zəiflətmək üçün işləmək istəyən səhiyyə işçiləri viza almaq üçün onlara ən yaxın ərazidə yerləşən səfirliyə və ya konsulluğa müraciət edə bilərlər”.

Hurriyyet.org