“ABŞ bu qərarla BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsini pozdu” – LAVROV

    12

    ABŞ-ın İranla nüvə sazişindən çıxması BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsinin pozulmasıdır.

    Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, bu haqda mətbuat konfransı zamanı Rusiya Xarici İşlər Nazirliyinin başçısının vəzifələrini icra edən Sergey Lavrov bildirib.

    “ABŞ administrasiyasının nüvə sazişi üzrə Birgə hərtərəfli İş Planından çıxması barədə qərarı ciddi narahatlığa səbəb olur. ABŞ bununla da bu planı bəyənən Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozub”, – nazir deyib.

    O qeyd edib ki, Vaşinqtonun bu addımının bütün nəticələrini qiymətləndirmək lazımdır: “Biz Almaniya, Fransa, Böyük Britaniya, Çin və İranla qiymətləndirmə aparmalıyıq. Biz artıq bununla məşğul oluruq və yaxın vaxtlarda fikirlərimizi müqayisə edəcəyik".

    Qeyd edək ki, aprelin 8-də ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramı üzrə Birgə hərtərəfli İş Planından çıxmaq barədə qərar qəbul edib. Ağ Evin başçısı hesab edir ki, saziş İranın nüvə silahı əldə etməsinin qarşısını tamamilə ala bilməyib.